SON DƏQİQƏ

Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbində “Musiqidə Marş Janrı” adlı tədbir keçirilib- FOTO

Tarix:26-04-2022, 03:00

Aprelin 25-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbində “Musiqidə Marş Janrı” adlı tədbir keçirilib. Məktəbin xor sinifinin müəllimi Aynur Mirzəyeva çıxış etdikdən sonra şagirdlər Üzeyir Hacıbəyovun “Döyüşçülər marşı”, Səid Rüstəmovun “Sərhədçilər marşı”, Müslüm Maqomayevin “Radio marşı”, Vasif Adıgözəlovun “Kiçik marş”, xor kollektivi isə “Azadlıq marşı” əsərlərini ifa ediblər. Sonda məktəbin direktoru çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ