SON DƏQİQƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Cemalettin Özdemir ilə görüş keçirilib

Tarix:26-04-2022, 03:21

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Almaniyanın Nürnberq şəhərində fəaliyyət göstərən “Türk Tarixi və Mədəniyyətləri" muzeyinin direktoru Cemalettin Özdemir ilə görüş keçirilmişdir. 
XeberTıme.az xəbər verir ki, görüşdə başda filialın direktoru, dosent Yusif Alıyev, direktor köməkçisi Mürvət Əliyev, filialın müəllimləri və tələbələri iştirak etmişdir. Heydər Əliyev lektoriyasında keçirilən görüş dosent Yusif Alıyevin nitqi ilə başlamışdır. Qonaqları salamlayan direktor filialın fəaliyyəti haqqında məlumat vermişdir. Daha sonra Cemalettin Özdemir'in fəaliyyətinin əhəmiyyətindən geniş şəkildə danışaraq Azərbaycan tarixinin və mədəniyyətinin Avropada və xüsusən Almaniyada təbliğinə görə dərin minnətdarlığını bildirmiş, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılmasının xüsusi təqdirəlayiq hal olduğunu qeyd etmişdir. Bundan əlavə Cemalettin Özdemir'ə xüsusən böyük Türk dünyasının tanıtımına və Avropanın türkçülük fobiyasını qırmağa çalışdığı üçün minnətdarlıq etmişdir.
Cemalettin Özdemir Qubada, rayonun və bölgənin yeganə ali təhsil mərkəzində olmasından məmnun olduğunu qeyd edərək, istiqanlı qarşılamaya görə minnətdarlıq bildirmişdir. Muzeyin fəaliyyəti və görülən tanıtım işləri ilə bağlı görüntülü şəkildə məlumat verən Cemalettin bəy muzeydə Azərbaycan tarixinin ən qədim dövründən bu günümüzə qədər olan eksponatlarının sərgiləndiyini qeyd etmişdir. Azərbaycanın multikultural dəyərlərindən də bəhs edərək Qırmızı qəsəbəni gördükdən sonra ölkəmizin və bölgəmizin dünyada yeganə və ən tolerant yer olduğunu qeyd etmişdir.

“XeberTıme.az”


 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ