SON DƏQİQƏ

Əfsanəvi general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun ailəsi ziyarət olunub-FOTOLAR

Tarix:26-04-2022, 04:25

Qəhrəman olmaq üçün qəhrəman olaraq dunyaya göz açmalısan.  
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nizami Gəncəvi adına Kitabxana Klubunun əməkdaşı Zərnigar Babayeva və bir sıra kollektivi, Kitabxana Klubun rəssam dərnəyinin şagirdləri ilə birgə əfsanəvi qəhrəman general-mayor Polad Həşimovun ailəsi ziyarət olunub. Kitabxana Klubun rəssam dərnəyinin rəhbəri Günel Aslanova unudulmaz generalın əziz xatirəsini uca tutaraq ev muzeyi üçün çəkdiyi portireti şəhidin anası Səmayə Həşimovaya təqdim edti. Şəhid anası oğlu haqqında xatirələrini şagirdlərlə və qonaqlara bölüşdü. Polad Həşimovun məktəb və tələbəlik illərindən, xoş xatirələrdən söhbət açdı, keçdiyi şərəfli döyüş yolundan danışdı.        
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə  dünyaya gəlmişdir. O Sumqayıt şəhər 34 saylı tam orta məktəbin məzunu olub, məktəbi bitirdikdən sonra H.Əliyev adına Ali Məktəbdə təhsil alır və sonra  təhsilini Türkiyədə davam etdirib.                                           
O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Talış yükəkliklərində 7 döyüş postu var. Biri “Polad postu” adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər. Cənab Ali Baş Komandan İlham Əliyev 2019-cu ildə General rütbəsi verilib.                                                                    
2020-ci il 14 iyul səhər saatlarında General-mayor Polad Həşimov Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə uçalıb. Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov İkinci Fəxri Xiyabanda dəfn olunub.                             
3 övladı var: Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı var.                  
Həşimov Polad İsrail oğlu göstərdiyi qəhrəmanlığa görə Azərbaycan   Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə" (2001), "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubley medalı (2002), III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (2003), "Hərbi xidmətlərə görə" medalı(2008), "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubley medalı (2007), II dərəcəli "Qüsursuz xidmətə görə" medalı (2009), "Vətən uğrunda" medalı (2013), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubley medalı (2012), II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, (2014), III dərəcəli "Vətənə xidmətə görə" ordeni (2016),  III dərəcəli "Vətənə xidmətə göərə" ordeni (2017),  "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı (2018),  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Həşimov Polad İsrail oğluna Azərbaycanın Milli Qəhərəmanı adını vermişdir.                                                                                                                          
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ