SON DƏQİQƏ

Azərbaycanda BAYRAM NAMAZININ vaxtı açıqlanıb

Tarix:26-04-2022, 10:12

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
XeberTıme.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
“Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ