SON DƏQİQƏ

Mərkəzi kitabxana tərəfindən “Gender bərabərliyi-insan hüquqları” adlı dəyirmi masa keçirilib- FOTO

Tarix:26-04-2022, 10:18

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Gender bərabərliyi-insan hüquqları” adlı dəyirmi masa keçirilib. 
5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə ərsəyə gələn tədbiri Sumqayıt şəhər MKS-in direktor müavini Natəvan Axundzadə açaraq mövzu ilə əlaqədar ölkəmizdə gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu,   insanlar arasında gender bərabərliyi təfəkkürünün formalaşması istiqamətində mühüm addımlar atıldığını iştirakçıların diqqətinə çatdırıb.
Sonra Qadın Resurs Mərkəzinin koordinatoru, Beynəlxalq Miqrasiya Təşkilatının təlimçisi Günel Ələkbərova çıxış edərək iştirakçıları təlimatlandırmaqla yanaşı onların suallarını cavablandırıb. Sonda vurğulayıb ki, gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, pozulmuş hüquqların aradan qaldırılması istiqamətində tədbirlərin keçirilməsi zəruridir. 
Tədbirdə həmçinin Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva çıxışında məktəb, ailə və cəmiyyət yeniyetmənin potensialına uyğun formalaşması üçün imkan yaratmalı, onu maraq göstərdiyi, arzuladığı sahəyə yönəltməli, dəstəkləyici kömək göstərməlidir fikirlərini söyləyib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ