Sumqayıtda baş verən yanğın nəticəsində Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.
XeberTıme.az xəbər verir ki, bu barədə "TƏBİB" rəsmi "Facebook" səhifəsində paylaşım edib.
7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
“XeberTıme.az”