SON DƏQİQƏ

Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri yaradıcılıq festival-müsabiqəsində qalib olublar-FOTO

Tarix:29-04-2022, 12:07

Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri yaradıcılıq festival-müsabiqəsində qalib olublar
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri yaradıcılıq festival-müsabiqəsində birinci yerə layiq görülüblər. Xanəndəlik sinifi üzrə 3-cü sinif şagirdi Nuray Elxan qızı Şahsuvarlı və 4-cü sinif şagirdi Ziya Müşfiq oğlu Mikayıllı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə dərnək üzvləri arasında keçirilən “Şuşanın dağları” adlı yaradıcılıq festival-müsabiqəsində mahnı nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Şagirdləri festival-müsabiqəyə müəllimləri Əsgər İsmaylov və Cəmilə Əliyeva hazırlayıb.
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ