SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyəti şəhid ailələrinə və qazilərə iftar süfrəsi açdı- FOTOLAR

Tarix:29-04-2022, 13:06

28.04.2022-ci il tarixində Sumqayıt şəhərində “Ümid” Xeyriyyə Cəmiyyəti şəhid ailələrinə və qazilərə iftar süfrəsi açdı.                                                                       Ramazan ayının əhəmiyyəti insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.                                                   
Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.                            
Tədbirdə şəhid anaları, şəhid ailə üzvüləri, Qarabağ qazilər, bir sıra media nümayəndələri, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi əməkdaşı, xeyriyyəçilər, həkimlər, din xadimləri, ilahiyyətçilər iştirak etdilər.                                                                            
Din xadimi Tural Qasımov, AJB-nin üzvü, ilahyyətçi Hacı Səid Nurtəbrizli Qurani-Kərimdən ayələr oxudular, dualar səsləndirildi, azan oxundu.                                      
“Qafqaz Media” İctimai Birliyinin sədri, AJB-nin üzvü AYB-nin üzvü şairə-həkim Hacı Azadə- Taleh Abbasqızı tədbirdə iştirak edən hər bir qonağı salamladı. Azərbaycan xalqının tarixən formalaşmış süfrə mədəniyyətinin içərisində Ramazan süfrəsi xüsusi yer tutduğundan danışdı, Ramazan süfrəsinin bütün digər süfrələrdən daha əhəmiyyətli və üstün olmasından, eləcədə islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab olunmasından söhbət açdı. “Ali sərkərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uzaq görən və müdrik siyasəti  və Müzəffər Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq əzmi, şəhidlərimizin və qazilərimizin qanı bahasına xalqımız bu Zəfəri yaşadı. Bu misilsiz qürur üçün biz şəhid analarının əllərindən öpürük”.                                                                        
Hacı Azadə- Taleh Abbasqızı “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Mirazad Xurşudova, Raya Məlikovaya, AJB-nin üzvü Yeganə Telmanqızına   QMİB-nin təsis etdiyi medal və fəxri fərmanları təqdim etdi.                                   
Qarabağ qazilərinə "Əbədiyaşar Fatehlər", xeyriyyəçilərə, xeyiriyyçi həkimlər Rafael Soltanova, Elnur Rzayevə, “Banu” şirniyyat evinin direktoru Samir Süleymanov, “Hicaz” ailəvi məkanın direktoru Ruhin Mərdəliyevə, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin əməkdaşı Elvin Dadaşova, tarixçi-araşdırmaçı-politoloq Anar Hüseynova, bir sıra iş adamlarına, din xadimlərinə, kiçik qiraətçilərə, kiçik xanəndə Ziya Mikayıllıya QMİB-nin təsis etdiyi “Xarı Bülbül” təşəkkürnaməsi verildi.                                   
Çıxış edən natiqlər  “Ümid” Xeyriyyə Cəmiyyətinin bütün  üzvülərinə və bu tədbirdə əməyi olan hər kəsə öz təşəkkürlərini bildirdilər: “Müqəddəs ayda şəhid anaları və Qarabağ qaziləri ilə bu cür süfrələrin ətrafına yığışaraq onlarla görüşmək, onların dərdlərinə şərik olmaq bizim üçün  şərəfdir. Azərbaycan xalqı şanlı Zəfər tarixini yaşadı. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.                                                      
Müqəddəs Ramazan ayı digər fəzilətləri ilə yanaşı, həm də savab əməllər, xeyirxah işlər üçün mühüm bir vəsilədir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.                                                              
“Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova tədbir haqqında fikirlərini bizimlə bölüşdü:                                 

- İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu ayda rəhmət qapıları açılar, bütün dualar qəbul olunar. Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba ma­lik ibadətlərdəndir.                                                         
Qarabağımızın işğal altında olan torpaqları şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı sayəsində azaddır. Bu sonsuz sevinci bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah çəmi şəhidlərimizin məqamın uca eləsin.  
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin idarə heyətinin uzvü Rafiq Xəlil tərəfindən bir sıra şəhid analarına “Vətən Naminə” İB-nin təsis etdiyi “Şəhid anası” medalı və “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya xanım tərəfindən hazırlanan şəhid rəsmlərindən ibarət suvinerlər şəhid analrına və onların ailə üzvülərinə təqdim olundu.                  

Sonda xatirə fotoşəkil çəkildi.                                                     
Əziz müsəlmanlar, əziz Azərbaycan xalqım Ramazan bayramınız mübarək! Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin Amin!                                                        
Tədbirdə yaxından köməklik göstərən din xadimi Tural Qasımova, “Banu” şirniyyat evinin direktoru Samir Süleymanova, iş adamı və xeyriyyəçilər  Mirazad Xurşudova, Namidar Məmmədova, Gülşən Quliyevaya öz təşəkkürümüzü bildiririk.

Yeganə Telmanqızı               
“XeberTıme.az”



 
                         
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ