SON DƏQİQƏ

Azərbaycanlı müəllimlər ölkəmizi daha bir beynəlxalq layihədə təmsil edir

Tarix:30-04-2022, 01:38

Söhbət qurucularının Samux rayonu, İnstitut qəsəbəsi tam orta məktəbinin İngilis dili müəllimi Aida Elyazova və Mustafa Kamal Orta Məktəbinin İngilis dili müəllimi Hatice Aydının olduğu "Unimpeded Media"( "Əngəlsiz Media") layihəsindən gedir.Layihənin məqsədi görmə və eşitmə məhdudiyyətli şəxslər üçün rəqəmsal məzmun hazırlamaq, media savadlılığı haqqında məlumatlandırmaq, davamlılıqdan xəbərdar olmaqdır.
Layihə Türkiyədən 7, Azərbaycandan 2, Moldovadan 1 müəllim olmaqla ümumilikdə 10 ortaqlı beynəlxalq eTwinning layihəsidir. Həmçinin layihədə ölkəmizi Bərdə şəhəri Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin Biologiya müəllimi Nigar Şükürova da şagirdləri ilə birgə təmsil edir. Şagirdlər layihə gedişində müəllimlərin bələdçiliyi ilə müxtəlif tapşırıqlar icra edir, bir sıra bacarıqlara yiyələnirlər. Şagirdlərlə layihə çərçivəsində görmə məhdudiyyətli əkiz qardaşlar - Kərim və Səlim Altınok qardaşlarının və onların İşarə dili müəllimi Işık Sinem Bayrakalın görüşü də təşkil olunmuşdu. Hər iki görüş böyük marağa səbəb olmuşdur.   Biz də bu layihədə ölkəmizi təmsil edən müəllim və şagirdlərə uğurlar arzu edirik.

“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ