SON DƏQİQƏ

Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş əbədi-bədii gecə keçirilmişdir- FOTO

Tarix:30-04-2022, 02:16

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor Evinin təşkilatçılığı ilə Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, İstiqlal şairi Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş əbədi-bədii gecə keçirilmişdir.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyev,Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev,Şəhid,Qazi ailələri və kənd sakinləri iştrak etmişdir.
İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözülə açan Zeyvə kənd Folklor Evinin direktoru Aygül Rəsulova çıxış edərək tədbirin Prezident İlham Əliyevin “Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun keçirildiyini bildirmişdir.
Tədbirin əhəmiyyətini vurğulayan Aygül Rəsulova son dövrlər ölkəmizdə Azərbaycan klassiklərinin, ədiblərinin yubileylərinin keçirilməsi haqqında ölkəmizin başçısının müvafiq sərəncamlarını xatırlatmış, şairin mübarizə dolu ömür yoluna nəzər salmışdır.
Tədbirdə şairin həyatına və zəngin yaradıcılığına həsr edilmiş məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bütün yaradıcılığını Vətənə məhəbbət, azadlıq, istiqlaliyyət və s. mövzulara həsr etmiş şair əsərlərində xalqına, dövlətinə, dilinə məhəbbətini tərənnüm etmişdir. Azərbaycanın istiqlal şairi Ə.Cavad 45 illik həyatı boyu çox məşəqqətli ömür yolu keçmişdir. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən şair, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış və 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Onun “Çırpınırdı Qara dəniz”, “Şükriyyə taleyim”, “Gəncədən gəlirəm” və s. şeirləri bu gün də sevilərək dinlənilir.
Bütün həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulmuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.
Tədbirdə tələbələrin görkəmli ədibin yaradıcılığının müxtəlif istiqamətlərinə həsr edilmiş məruzələri dinlənilmiş, şairin şeirləri səsləndirilmişdir.

Elçin Tağıyev                                                                        
İctimai fəal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ