SON DƏQİQƏ

“Sən dağların başında mirvarisən, incisən” adlı bədii qiraət müsabiqəsi keçirilib

Tarix:30-04-2022, 09:20

Aprelin 29-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, MİHİ Sumqayıt Şəhər Komitəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Şuşa ili” ilə əlaqədar “Sən dağların başında mirvarisən, incisən” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova iştirakçıları salamlayaraq “Şuşa ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova bildirib ki, artıq düşmən tapdağından təmizlənən Şuşaya sahib olduğumuz üçün belə müsabiqələri də qürur hissi ilə keçirmiş oluruq. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra müsabiqənin şərtləri haqqında məlumat verilib. Bildirilib ki, 5, 14, 15, 25, 29 və 42 nömrəli məktəblərin iştirakı ilə ilk turda 20 nəfər şagird iştirak edib. Sonra müsabiqə iştirakçıları dinlənilib.      
Şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Azərbaycanın əməkdar artisti, Sumqayıt dövlət dram teatrının aktyoru İzaməddin Bağırov və yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlıdan ibarət olan münsiflər heyətinin üzvlərinin qərarı ilə 15 nömrəli məktəbin şagirdi Mələk Namazova I yer, Kərəm Arifzadə II  yer, 29 nömrəli məktəbin şagirdi  Selcan Vəlizadə II yer, eyni məktəbin şagirdi Məcət Mehrəliyev, həmçinin 5 nömrəli məktəbin şagirdi Dilbər Məmmədova və 25 nömrəli məktəbin şagirdi Şükür İsgəndərli isə III yer tutublar.
Qaliblər fəxri fərman və MİHİ Sumqayıt şəhər Komitəsi tərəfindən mükafatlandırılıb. Müsabiqədə fərqlənən digər iştirakçılara isə təşəkkürnamə təqdim olunub.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ