SON DƏQİQƏ

Şuşa fatehi Rəhman Məmmədovun adına iftar süfrəsi açıldı.

Tarix:1-05-2022, 04:03

29.04.2022-ci il tarixində Sumqayıt şəhərində könüllü əsgər, Şuşa fatehi Rəhman Məmmədovun adına iftar süfrəsi açıldı.
Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.          
İftar süfrəsində Qurani-Kərimdən ayələr oxundu, dualar səsləndirildi, fəzilətlərindən söz açıldı:   "Məhz bu ayda Allah-Təala tərəfindən Qurani-Kərim insanlara nazil olunub. Belə bir müqəddəs ayda hamı birlik və bərabərlik göstərməlidir. İşğaldan azad olunan doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçənləri ruhları şad olsun. Uca yaradan qazilərimizə tezliklə şəfa, şəhid ailələrinə səbr versin. Mərasimdə şəhid anaları, şəhid ailə üzvüləri, Qarabağ qazilər, bir sıra media nümayəndələri, din xadimləri, ilahiyyətçilər, ictimayyət nümayəndələri və şəhidin doğmalrı  iştirak etdilər. Şəhidin anası, bu ailəyə doğma, yaxın olanlar şəhid Rəhman Məmmədov haqqında xoş xatirələrdən söhbət açdılar, Rəhmanın keçdiyi uzun və şərəfli döyüş yolundan qürurla danışdılar.                    
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının təsisçisi və direktoru Yeganə Telmanqızı tərəfindən şəhidin anası Səadət Məmmədovaya şəhidin şəxsi guşəsi üçün “Məğrur Ana” təşəkkürünaməsi təqdim olundu.                                                                                 
Xatırladaq ki, mərasimin aparıcısı “Mübarizlər, Fəridlər, Orxanlar” qrupunun rəhbəri Əziz Əzizov idi.                                                                                
Səadət xanım oğlunuzun adına açdığınız  Ramazan süfrəsini Allah qəbul eləsin!

Yeganə Telmanqızı               
“XeberTıme.az   


                                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ