SON DƏQİQƏ

Sumqayıt şəhərinin Tarixi Muzeyində “Zəfərə doğru” adlı tədbir keçirilib- FOTO

Tarix:1-05-2022, 13:50

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhərinin Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şücaəti nəticəsində əldə olunmuş Zəfərə həsr edilən “Zəfərə doğru” adlı tədbir keçirilib. 
Tədbir qəhrəman Azərbaycan ordusunun keçdiyi Zəfər yolundan bəhs edən videoçarxın təqdimatı ilə açılıb. Şəhid valideynlərinin, şəhid övladlarının və qazilərin dəvət olunduğu tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarını salamladıqdan sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Milli qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov, Vətən müharibəsi qəhrəmanı Anar Şükürovun anası Ema Şükürova, şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Vətən müharibəsi veteranı Vüsal Hətəmov öz çıxışlarında rəşadətli, qəhrəman Azərbaycan ordusunun döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərli ilə qazandığı tarixi qələbədən danışaraq xalqımıza yalnız zəfər, bayram yaraşdığını qeyd ediblər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib, tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Tədbir vətənpərlik mövzusunda general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya, 27 nömrəli məktəb, S.Rüstəmov adına İncəsənət məktəbi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda tədbir iştirakçılarına Vətən müharibəsinin sumqayıtlı şəhid və qazilərinin şəxsi əşyalarının yer aldığı sərgi təqdim edilib.

“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ