SON DƏQİQƏ

“HƏKƏRİ” qəzetinin növbəti sayında-FOTOLAR

Tarix:19-12-2020, 21:08

Yaxın günlərdə “Həkəri” qəzetinin növbəti sayı işıq üzü görəcək.                                                                                               XeberTıme.az xəbər verir ki, “Həkəri” qəzetinin  növbəti buraxılışında “Vətən müharibəsinin zəfər təntənəsindən”, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqi”, “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun “Xeyirxahlıq unudulmur”, Əməkdar həkim Tarıyel Eyvazovun “Covid-19 ilə bağlı prezidentə müraciəti”, islamsünas-publisist, I Qarabağ müharibəsi əlili Hacı Hüseynlinin “Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!” məqaləsi, mərhum professor Zahid Məmmədovdan bəhs   edən “Qəlbimizdə yaşayan iqtisadçı alim”, ADU-nun dosenti, fəlsəfə doktoru Vidadi Bəşirovun “Erməni məkrinin qurbanı,  yaxud həqiqəti axtaran yolun fədaisi”, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək Azərbaycan Prezidentinin sərancamı ilə “Zəfər” medalı ilə təltif olunmasından, şəhid Asiman Allahverdiyevin, İsmayıl Mehdiyevin, Yeganə Telmanqızının  “Mauqli ləqəbli Qarabağ qazisi Elvin Cəfərovun və Qarabağ qazisi Anar Quliyevin keçdiyi döyüş yollarından bəhs edən matrealları , Əliağa Cəfərovun Türkiyədə nəşr olunmuş  “Qətliam Xocalıda qanlı gecə” adlı kitabı haqqında, hüquqşünas-yazıçı Dilbər Ağayevanın qələmə aldığı əslən Zəngilan rayonundan olan Məmmədxan Məhərrəmovun “Bayram dolu ad günü!” təbriki, Rauf İlyasoğlunun, Gəray Ağbulaqlının, Rafiq Zəbani Cəfərovun, Maqsud Qobustanlının, Mahmud  Mayıloğlunun, Emin Baratoğlunun, şairə Nəbibə Həbibinin, Yadulla Ləkinlinin, Əjdər Əlizadənin seirləri və digər maraqlı matreallar  dərc olunub.                                                         
Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibraətdir. Qazetin baş redoktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                    
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
  “XeberTıme.az”  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ