SON DƏQİQƏ

Abşeron Rayon Mədəniyyət Mərkəzində "Əziz Şuşa, sən azadsan" adlı tədbir keçirilib+ FOTOLAR

Tarix:5-05-2022, 19:42

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron Rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər 11 illik musiqi məktəbinin təşəbbüsü ilə "Əziz Şuşa, sən azadsan" adlı tədbir keçirilib. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova  Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda olan Qarabağ torpaqlarının azad edilməsindən, hazırda ölkə başçısının diqqət və qayğısı ilə azad edilən torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən danışıb.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi ilə tarixi ədalətin bərpa edildiyi gün olaraq 8 noyabrın tariximizə zəfər günü kimi yazılması xalqımız üçün qürurverici olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə məktəbin istedadlı yetirmələri tərəfindən bir birindən maraqlı kompozisiyalar təqdim olunub.
Tədbir izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ