SON DƏQİQƏ

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir

Tarix:5-05-2022, 20:12

"Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar”        “Azərbaycanda çoxuşaqlı ailələr məhfumuna yenidən baxmaq lazımdır”. XeberTıme.az  xəbər verir ki. bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli bildirib.
“Azərbaycan demoqrafik vəziyyət dəyişib. 5 və 5-dən artıq uşağı olan ailələrin sayı kəskin azalıb. Ona görə mən düşünürəm ki, çoxuşaqlı ailələr dedikdə biz 3 və daha artıq övladı olan anaları nəzərdə tutmalıyıq”, - deyə deputat qeyd edib.
O, həmçinin Azərbaycanda pensiya yaşının azaldılması təklif edib.
Vurğulayıb ki, ölkəmizdə kişilər üçün pensiya yaşının 63, qadınlar üçün isə 60 olması daha yaxşı olar. 
Qüdrət Həsənquliyev deyib ki, qadınların pensiya yaşı aşağı salınmalıdır. O hesab edir ki, pensiya yaşının aşağı salınması gənc xanımların da işə marağını artıracaq.
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir: "Hesab edirəm ki, bu da düzgündür. Ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil. İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar”.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ