SON DƏQİQƏ

Zaqatalada avtomobil ağaca çırpılıb

Tarix:6-05-2022, 00:09

Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb.
APA xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
1979-cu il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Taleh Musa oğlu Balabeyev idarə etdiyi “Lada 21214” markalı 62 BJ 522 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonundan Zaqatala istiqamətində hərəkətdə olarkən, idarəetməni itrib.
Bundan sonra maşın yolunun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan sürücü T. Balabeyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müayinə zamanı ona döş qəfəsinin küt travması dioqnozu qoyulub. T. Balabeyevin xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ