SON DƏQİQƏ

"Vətənpərvərlik Etüdləri" qədim sənətkarlar yurdu Şəkidə- FOTO

Tarix:6-05-2022, 21:35

 Layihə və etüd rəhbəri Elnurə və Aygün İsgəndərovaların olduğu YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin dəstəyi  və millət vəkili Vüqar İsgəndərovun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" çərçivəsində "Şəki Mənzərələri" və Şəki şəhərindən olan ADPU-nun nəzdində Pedaqoji kollecin, ADRA-nın nəzdində olan İncəsənət Kollecinin müəlliməsi Rəsmiyyə Mahmudovanın   tələbələri ilə birgə 3-cü fərdi yaradıcılıq sərgisi Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olundu. Rəssam qrupunu  Millət Vəkili Vüqar İsgəndərov qarşıladı . Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu. Media nümayəndələrinin və ziyalıların iştirakı ilə sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq rəssamların Şəki şəhərini  xüsusilə qədim abidələri etüddə həvəslə  işlədiklərini   bildirdi. Rəsmiyyə xanımın odun parçaları üzərində və vitraj əsərlərində xüsusilə milli motivləri , Qarabağ mövzusunu , Şəki şəhərinin gözəlliklərini yaratdığı unikal əsərlərin təqdimatını etdi və  sözü millət vəkili Vüqar İsgəndərova verdi.  Vüqar İsgəndərov isə çıxışında Şəki şəhərinə gələn rəssam heyətini salamladı , gənclərin Vətənpərvər şəkildə yetişdirilməsinin mühüm bir iş olduğunu bildirdi , daim çalışmaq , təhsil yollarında uğurlar arzuladı. Şəki şəhəri haqqında geniş məlumat verdi. Sonra söz Rəsmiyyə Mahmudovaya verildi. O da,   öz növbəsində təşkilatçılara təşəkkürünü bildirdi.Tələbələrini təbrik etdi . 3-cü  fərdi yaradıcılıq  sərgisinin Şəki şəhərində təşkil olunmasından ayrıca xöşbəxt olduğunu bildirdi. Çıxış edənlərdən 
Rəsmiyyə Mahmudovanın təhsil aldığı Şəki Şəhər Aşağı Göynük kənd orta məktəbinin keçmiş direktoru   Cahangir Mahmudov  və məktəbin zavuçu ədəbiyyat müəllimi Rəsmiyyə xanımın sinif yoldaşı Könul Mahmudova,  
Qardaşı Tural Mahmudov  Rəsmiyyə müəllimənin həm ziyalı xanım, həm də ana olaraq onun gözəl insan olduğunu bildirdilər və sənət yolunda uğurlar arzuladılar. Sərginin sonunda rəssamlar diplomlarla təltif olundular. Xatirə fotoları çəkildi. Millət vəkili Vüqar İsgəndərov Etüd iştirakçıları ilə bərabər Şəkinin gözəl məkanı olan  Çələbi Xan restoranında qonaq oldular.  Şəki mətbəxi ilə tanış olub ləzzətini daddılar. 
Rəssamlar Şəki Xan sarayını , Xan bağını ziyarət etdilər və etüdlər həyata keçirdilər. 
 
Etüd də iştirak edən Qardaş Türkiyəmizdən olan rəssam Ahmet Naim Pir və məşhur foto rəssam Mehriban Zeynalova fotolar çəkdilər.
 
 Rəsmiyyə Mahmudovanın fərdi yaradıcılıq sərgisində iştirak edən tələbələri :
Xəlilzadə Selcan
Fərzəliyeva Məlahət
Kərimov Ruhin
Rüstəmli Əli
Abdullayeva Səadət
Əliyeva Mədinə
Məmmədova Səlma
Qurbanova Elgünə
Əliyeva  Fatma
Musayeva İlknur
Süleymanova Fidan 
Hacızadə Pərvin
Babayeva Sara
Cəbrayılov Adil 
Quliyeva Sevanə 
Rəsulov Tuncay
Novruzova  Nuray
Əsgərova Çiçək
İmanlı Nəzrin
 
Xebertıme.az 
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ