SON DƏQİQƏ

Suqovuşandakı yarışlarda 25 medal qazandıq

Tarix:6-05-2022, 23:39

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Prezident kuboku-2022" yarışlarında birinci günə yekun vurulub. 
XeberTıme.az  xəbər verir ki, yarışlar Suqovuşan qəsəbəsində keçirilib.
 
Kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb. 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.
 
Yarışlara mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə ilə yekun vurulacaq.


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ