SON DƏQİQƏ

Aqstafa rayon Heydər Əliyevin anadan olmasının 99-cu ildonümü münasibəti ilə tədbir keçirilib

Tarix:7-05-2022, 00:22

6 may 2022-ci il tarixində YAP-Aqstafa rayon təşkilatinin inzibati binasinda, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildonümü münasibəti ilə baqli tədbir keçirilib.Tədbirdə dahi şəxsiyyət, uzaqgörən, müasir dövlətimizin memarı və qurucusu olan  lider Heydər Əliyevin ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüəyindən danışılmışdır.                                                                   
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə görülən işlərdən, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etməsindən, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmasından söhbət açılmışdır.  Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.

Yeganə Telmanqızı               
“XeberTıme.az”
 

 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ