SON DƏQİQƏ

"Qanun və İcra” verlişi aparıcı Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:7-05-2022, 22:10

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.        
07.08.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası  Mülkü Prosessual  Məcəlləsinin 355-ci maddəsini əhatə edən  “Məişət zorakılığı,  məişət zorakılığına məruz qalmış şəxslər” mövzusu  və Prosessual hüquq normalarla bağlı fikir mübadiləsi, eyni zamanda Azərbaycan Respublikası  Ailə Məcəlləsinin 64, 65, 67-ci maddələri “Valdeyn hüquqlarından məhrum olunmasının əsasları” mövzusu ilə  bağlı fikir mübadiləsi, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Verlişin ekspertləri bütün Azərbaycan xalqını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdilər. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:                                                           
 
1. Vüsal Səfərov- 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 

2. Gülnar  İbrahimqızı- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 
3. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 
 

4. Əli Zamanov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 
Verlişin informasiya dəstəyi  “XeberTıme.az”  və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ