SON DƏQİQƏ

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTO

Tarix:7-05-2022, 23:20

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür.
XeberTıme.az  bildirir ki, bununla əlaqədar olaraq mayın 7-də şairin doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində anım mərasimi təşkil edilib.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub.
Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şerlər səsləndiriblər.

Şairin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

“XeberTıme.az” 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ