SON DƏQİQƏ

“HƏKƏRİ” qəzetinin növbəti sayı işıq üzü gördü- FOTOLAR

Tarix:8-05-2022, 00:02

Yaxın günlərdə “Həkəri” qəzetinin növbəti sayı işıq üzü gördü. 
XeberTıme.az xəbər verir ki, “Həkəri” qəzetinin  növbəti buraxılışının ön səhifəsində Müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisin sədr müavini, xeyirxah və humanist millət vəkilimiz Adil Əliyevin təşkilatçılığı ilə şəhid ailələrinə və qazilərə verilən  iftar süfrəsi, Qubadlı rayon icra hakimiyyətində Aygün Attardir 60 illik yubleyi qeyd olunub,”BDU ninntələbəsi Ayşən Qudrətqızının Qanlı Aprel günündən 13 il ötür” Azərbaycan Dövlət Neft Akademyasında yaşanan terror hadisəsi, ilahiyyətçi Rufət Zülfüqaroğlunun ”Ramazan ayı”  başlıqlı məqalələri dərc olunub.                                           
AJB-nin üzvü Yeganə Telmanqıznın “Qəhrəman olmaq üçün qəhrəman kimi dünyaya göz açmalısan” əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik və general-mayor Hilal Nəcəfovun şəhid ailələri və Qarabağ qaziləri ilə Novruz Bayramı münasibəti ilə keçitrdiyi görüşdən yazılan materiallar qazetdə yer almışdır.                                              
“Qəbələnin səsi” ədəbi məclisinin rəhbəri Şəhla Xəlilqızının “Şəhid Xudayarın ata ocağında” materialı, R,Quliyev adına Kürdəmir şəhər 5 saylı tam orta məktəbin təsviri incəsənət müəllimi Afaq İsmayılovanın “Qəhrəmanları yaşadan qəhrəmanlardır”  başlıqlı məqalələri maraqlı matreallardandır.     
“Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun “Bakıdakı Biznes mərkəzində Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin hesabat yığıncağı keçirilmişdir”, “Əhli beyt aşiqi”, “Azərbaycan və Türk tarixinin mədəni irsinin dünyada təbliğ olunması” adlı görüş keçirildi, “Veteran vəsiqəsi ala bilməyən işsiz döyüşcü”, Culfa rayonunda doğulmuş şəhid Rauf Əliyevin, Coşğun Orucovun və Miryasin Seyidovun keçdiyi şərəfli döyüş yollarından bəhs edən materialları dolğun yazılardan biridir.            
Beynəlxalq Ekologiya Akademyasının (Rusiya Federasiyası) akademiki Əliağa Cəfərovun “Qubadlı: vəsiyyətnamə diplomatik sənəd kimi” siyasi yazısı, müstəqil yazar Dilbər Ağayevanın Qarabağ qazisi, tanınmış ilahiyyatçı, publisist, islamsünas Hacı Həsən Hüseynə həsr etdiyi “52 yaşın mübarək qardaşım!” təbriki, İTV - nin əməkdası Vüsalə Məmmədovanın “Ağdamdan bir məscid qaldı...”( Milli qəhrəman Allahvetdi Bağırovun əziz xatirəsinə həsr olunmuş publisistik məqaləsi )  və İmran Gülluübulaqlının “Qarabağ Azərbaycandır” yazısı, tədqiqatçı, ilahiyyatçı Həsən Hüseynin Rahil Məmmədin  “Müqəddəs savaş” kitabı cap olunmuşdur başlıqlı  və “Bir Bahadır vardı...” yazıları oxunan materiallardandır.   
Zamanın rəsmini yaradan rəssamların əsərləri və yaratdığı əsərlər baradə bir-birindən rəngarəng yazılar diqqəti cəlb edir.                                                                
Çernabol əlili, “Həkəri” qəzetinin Naxçıvan bölgəsi üzrə müxbiri Meydan Babayevin “Naxçıvan Muxtar  Respublukasının Kəngərli rayonunun Xok kəndinin Vətən müharibəsi şəhidləri haqqında yazdığı məqalə və şeirlər, Rauf İlyasoğlunun, Kirman Rüstəmlinin, Aygün Hüseynin, Solmaz Şirvalının, Tamara Sadiqin, Vüqar Sabit Zabratlının, Hacı Paşa Ağaoğlunun, Ziba Sevindiyin, Rafiq Zəbaninin( Cəfərovun), Ülkər Dəryanın, İran İslam Respublikasında yaşayan Elman Oruc Dadaşinin, Moskvada yaşayan həmyerlimiz Qərib Borcalının  vətənpərvər mövzulu şeirləri  dərc olunmuşdur.         
Xatirladaq ki, “Həkəri” qəzeti 19 ldir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibarətdir. Qazetin baş redoktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Rauf İlyasoğludur.   
Qəzet  oxucular arasında pulsuz olaraq yayımlanır.                                                                                 
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik.

Yeganə Telmanqızı 
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ