SON DƏQİQƏ

Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbi növbəti uğura imza atıb

Tarix:10-05-2022, 01:34

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsi üzrə təhsil alan 2-ci sinif şagirdi Nərgiz Samir qızı Babalı,Turana Mehman qızı Yusifli və 3-cü sinif şagirdi Zəhra Rəşad qızı Əlizadə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “World talents” adlı Beynəlxalq çoxjanrlı müsabiqəsində fortepiano nominasiyasında uğur qazanaraq 1-ci və 2-ci dərəcəli diplomlara layiq görülüblər. Şagirdlərin müəllimləri Könül Məmmədova və Könül Ağayeva da uğurlu iştiraka görə təşəkkürnamə ilə təltif olunublar.
Uğurlar!

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ