SON DƏQİQƏ

Q.Qarayev adına uşaq musiqi məktəbində “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı tədbir keçirilib

Tarix:10-05-2022, 14:28

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı tədbir keçirilib. 
İlk olaraq ümumilli liderimizin və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyəti sahəsində əhəmiyyəli xidmətindən bəhs olunaraq, rəssamlara, bətəkarlara, teatr və kino sahəsində çalışan sənətkarlara böyük diqqət və qayğı göstərdiyi qeyd edilib.
Tədbirdə şagirdlərin ifasında ulu öndərə həsr olunan şeirlər söyənilib. Heydər Əliyevin sevdiyi və tez-tez ifa etdiyi “Alagöz”, ”Küçələrə su səpmişəm” mahnıları, həmçinin Niyazinin, Vasif Adıgözəlovun, Faiq Sücəddinovun, eyni zamanda Sevil Əliyevanın bəstələdiyi “Ana”, “Xatirə” əsərləri məktəbin direktoru, müəllimlər və şagirdlər tərəfindən ifa olunub.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib və təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil etdiyi kimi, prezident İlham Əliyevin də ulu öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirdiyini qeyd edib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ