SON DƏQİQƏ

AZƏRBAYCANIMIZIN ÖZÜ KİMİ ƏBƏDİYAŞAR ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV-99

Tarix:10-05-2022, 14:44

AZƏRBAYCANIMIZIN ÖZÜ KİMİ ƏBƏDİYAŞAR ULU ÖNDƏRİMİZ  HEYDƏR ƏLİYEV-99
Ulu öndərimiz Heydər Əliyev hansı sahədə xidmət aparmasından asılı olmayaraq Qarabağ məsələsi onun fəaliyyətinin ən vacib hissəsini təşkil etmişdir. Belə ki, O, Dövlət Təhlükəsizlik orqanlarında xidmət edəndə və sonradan həmin xidmətin rəhbəri olduğu illərdə ermənilərin Qarabağı Azərbaycandan qoparmaq barədə məkrli planlarını tam mənası ilə müəyyənləşdirmiş, sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə də Qarabağ məsələsini daim diqqət mərkəzində saxlamışdır. Qarabağın ermənistana birləşdirilməsi məsələsinin qaldırılması üçün ermənilərin hər hansı bəhanələrinin qarşısını almaq məqsədilə hələ sovetlər dönəmində O, Qarabağın inkişafına daha çox diqqət ayırmış, Qarabağda quruculuq və abadlıq işləri geniş vüsət almış, Şuşada Molla Pənah Vaqifin büstü və türbəsi inşa olunmuş, bu memarliq abidəsinin açılışında Ulu öndər ailə üzvləri ilə birlikdə iştirak etmiş, Xankəndinə dəmir yolu çəkilmişdir. Həmin vaxtlar hər hansı bir əsas verilmədiyindən erməni mənfurları Qarabağda hələ aşkar surətdə fəaliyyət göstərə bilmədikləri üçün Qarabağın axar-baxarlı, yaxşı günlər idi. Lakin sonralar şeytanların əməli, fəndi Heydər Əliyev şəxsiyyətinə qalib gəlmək fikri ilə əlləşəcəkdi. Ermənilər yaxşı dərk edirdilər ki, Heydər Əliyev dühası hakimiyyətdə olduğu müddətdə onlar Qarabağın ermənistana birləşdirilməsi məsələsini qaldıra bilməyəcəklər. Ona görə də erməni hiyləsi və ermənilərinin o vaxtkı havadarlarının ədalətsiz qərarı ilə Ulu Öndərimiz sovetlər birliyində yüksək postdakı vəzifəsindən kənarlaşdırıldıqdan sonra mənfur ermənilər arxayınlaşdılar, tez bir zamanda torpaq iddiasını irəli sürdülər və çox keçmədən ermənistanda yaşayan azərbaycanlıları yurd-yuvalarından didərgin saldılar, bununla kifayətlənməyib Qarabağda da yerli əhaliyə hücum etdilər. Məkrli düşmənlər Qarabağ müharibəsini Heydər Əliyev Azərbaycanda olmayanda başlamışdı. Heydər Əliyev Azərbaycana gələndə isə artıq iş-işdən keçmiş, Qarabağın bir hissəsi işğal edimişdi. Lakin hər bir azərbaycanlının Heydər Babası ən çətin anda xalqının tələbi və istəyi ilə vətəninə qayıtdı və böyük bir qurtuluşu gerçəkləşdirdi.
Qarabağın azadlığını ölkənin iqtisadi inkişafında, dirçəlişində görən Ümummilli Liderimiz Azərbaycanı yavaş-yavaş çətinliklərdən xilas etdi. Azərbaycan hər sahədə dirçəldi və sonra gücləndi, öz sözünü deyə bildi.
2003-cü ildə Heydər Əliyev əbədiyyətə qovuşdu... Ancaq mənfur düşmənlərin anti-Azərbaycan planları yenə puç oldu. Azərbaycana şəxsiyyətində bir Heydər izi olan, xalqından ilham alan İlham Əliyev rəhbərlik etməyə başladı. Onun atası kimi müdrik siyasəti Azərbaycanı daha da çiçəkləndirdi. Ölkəmiz hər sahədə bir inci, birinci oldu. Hər sahədə birinci olan Azərbaycan bir sahədə öz sözünü demək istəyirdi. Masada deyilsədə nəticəsi olmayan sözü hərbdə demək vaxtı yetişirdi. Hər atəşkəs pozulanda, şəhidimiz olanda polad əlini daha da möhkəm sıxan Ali Baş Komandan İlham Əliyev erməni cəlladları tərəfindən işğal edilmiş və dünya ədalətindən kənarda qalmış Qarabağımızın və ətraf ərazilərimizin azad edilməsi üçün 2020-ci ilin sentyabrında bu yumruğun dəmir olduğu bildirməyin vaxtının çatdığını elan etdi və dəmir yumruğu düşmənin başına endirdi. Qarabağ azad olmalı idi!
44 günlük Vətən müharibəsinin hər günündə azərbaycan əsgəri Ali Baş Komandanın rəhbəriyi altında əzmlə vuruşdu, Azərbaycan apardığı ədalətli müharibə ilə öz torpaqlarını düşmən tapdağından azad etdi. Ali Baş Komandan hələ vətən müharibəsinin ilk anlarından hər sözündə Şuşanın azad edilməsindən danışırdı. O, xalqına bildirirdi ki, Şuşa azad olmadan müharibə bitə bilməz. Və Şuşa azad oldu! Biz uzun illər 8 mayı Şuşanın işğalı günü kimi ürək ağrısı ilə yad edirdik. Lakin indi 8 noyabrı Şuşanın işğaldan azad edilməsi, Zəfər günü kimi bayram edirik. Ali Baş komandan Şuşanın azad edilməsi ilə həmdə ata vəsiyyətini, Ulu Öndərimizin arzusunu yerinə yetirmişdi!.. Heydər Əliyevin ruhu daha da şad oldu və düşünürəm ki, 1 il 6 aydır ki, Ulu Öndərimizin ruhu Şuşada Zəfər Bayrağımızı öpür, andiçmə mərasimində şanlı bayrağımızı öpdüyü kimi... Ali Baş Komandanın bununla əlaqədar Fəxri Xiyabanda Ata məzarını ziyarət etməsindən ilhamlanaraq mən də “Ata ruhun şad oldu” adlı şerimi  yazdım. Həmin şeirimi bir daha oxucularımın nəzərinə çatdırıram.

 Ata, ruhun şad oldu!
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dilindən Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edirəm.
 
Çox çarpışdın, vuruşdun,
Zəfərə yaxın oldun,
Fateh olubdur oğlun,
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

O sözü çatdıranda,
Dilim bayram eylədi,
Sözüm elə güllədi,
Düşmən başına dəydi,
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

Mane olammazdılar,
Orda durammazdılar,
Qazdıqları quyuda,
Özləri də azdılar.
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

Dünyanın Azərləri,
Yığıbdır ərənləri,
Dönürlər Şuşamıza,
Qeyd edirlər zəfəri,
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

Bu gözəl zəfər ilə,
Bildirdik ki, ölməyib,
Bu yurdun ərənləri,
Riad və Albertləri,
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

Xocalıdan sonra biz,
Axır çatdıq Şuşaya,
Mənfur düşməni qovduq,
Biz bu biri dünyadan,
Düz o biri dünyaya,
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!"
            
SEVİNDİK NƏSİBOĞLU
8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ