SON DƏQİQƏ

Sumqayıt Şəhər Tarixi Muzeyində “Heydər Əliyev və Sumqayıt” adlı tədbir keçirilib- FOTO

Tarix:10-05-2022, 15:04

Mayın 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tarixi Muzeyində Azərbaycanı beynəlxalq aləmdə yetərincə tanıdan, sülhün qoruyucusu olan ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev və Sumqayıt” adlı tədbir keçirilib. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, əvvəlcə Ulu öndərimizin əziz xatirəsi  bir dəqiqəlik  yad edilib. Daha sonra Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib. Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi məsələlərdə həyata keçirdiyi uğurlu siyasəti haqqında məlumat verib. Eyni zamanda direktor çıxışı zamanı Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin təcrübəsini zamanında öz varisi cənab İlham Əliyevə ötürməsi, dövlət başçısının həyata keçirdiyi islahatların məhz ulu öndərin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirməsi, yeni dövrün tələblərinə uyğun zənginləşdirməsi, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etməsi kimi mühüm məqamlara da toxunub. Tədbir iştirakçılarına muzeyin kiçik elmi işçisi tərəfindən dahi öndərin zəngin həyat yolu, vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, Sumqayıt şəhərinə diqqət və qayğısından bəhs edən “Heydər Əliyev və Sumqayıt” mövzusunda mühazirə təqdim edilib. Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi öz çıxışında Ümummilli Liderin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. 
Tədbirdə  Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ