SON DƏQİQƏ

Qarabağ qazisi Rəvan Əzizov “Cəsur döyüşçü” medalı ilə təltif olundu.

Tarix:20-12-2020, 02:37

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.XeberTıme.az  xəbər verir ki, təltif olunanlar arasında  Qarabağ qazisi, əsgər Əzizov Rəvan Qalib oğlu da var. Əsgər Rəvan Əzizov “Cəsur döyüşçü” medalına layiq görülüb. 
 Xatırladaq ki, əsgər  Rəvan Əzizov 2020-ci ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşüb. 44 günlük Vətən Müharibəsində ön cəbhədə vuruşmuş əsgərdir. Hal-hazırda Bakı şəhərində hərbi hospitalların birində müalicə alır. Allahdan Rəvan Əzizova şəfa diləyirik.                                                                     
Əldə etdiyimiz tarixi qələbə də Sumqayıt şəhərindən olan  Qarabağ qazimiz Rəvan Əzizovun da payı var.
 

Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ