SON DƏQİQƏ

Xırdalan şəhərində ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert keçirilib

Tarix:10-05-2022, 21:54

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konsert keçirilib. 
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlanıb. Tədbirdə respublikanın incəsənət xadimlərinin və yaradıcı kollektivlərin çıxışı rayon sakinlərinə xoş ovqat bəxş edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir atəşfəşanlıqla sona çatıb.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ