SON DƏQİQƏ

Analar Günü münasibəti ilə tədbir keçirilib- FOTO

Tarix:11-05-2022, 19:47

Mayın 7-də İstanbulda Şərqi Türküstan Vəqfi, Umay Ana Türk Dünyası Qadınlar Birliyi, Şərqi Türküstan Vəqfi və digər tərəfdaş təşkilatlar tərəfindən birgə Analar Günü münasibəti ilə tədbir keçirilib. 
Xebertime.az “Diaspornews.az" saytına istinadən xəbər verir ki, tədbirdə türk dünyası ölkələrinin tanınmış ictimai fəal buxanımları iştirak ediblər.
Şərqi Türküstan Vəqfinin ev sahibliyi etdiyi proqramda öncə İstiqlal Marşı oxunub.
Sonra Şərqi Türküstan Vəqfinin Baş katibi Sema Uygur Bidak və Umay Ana Türk Dünyası Qadınlar Birliyinin sədri Prof. Dr. Mualla Uydu Yücel açılış nitqləri ediblər.
Onlar çıxışlarında türk dünyasından çox dəyərli xanımları qonaq etməkdən məmnun olduqlarını bildiriblər.
Tədbirdə Azərbaycan qadınını Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova təmsil edib.
Laləndar Novruzova tədbirdə çıxış edərək Azərbaycan mentalitetində qadına verilən dəyərdən danışıb.
O, çıxışında Azərbaycanın tanınmış qadın ictimai-siyasi xadimləri haqqında məlumat verib.
Sonda türk dünyası xaqlarının rəqsləri təqdim edilib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ