SON DƏQİQƏ

Azərbaycan millisi qol güləşi üzrə XXXI Avropa çempionatında tarixi uğura imza atıb

Tarix:12-05-2022, 00:01

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qol güləşi üzrə XXXI Avropa çempionatında tarixi uğura imza atıb.
XeberTıme.az xəbər verir ki, Azərbaycan Qol Güləşi Federasiyasının mətbuat xidmətindən  bildiriblər ki, yığma komandamız yarışda 12 medal qazanıb. Belə ki, yığmamızın üzvlərində İbrahim Cəlilov, İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev həm sol, həm də sağ qolda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir idmançımız Əhməd Mahmudov isə hər iki qolda finaladək yüksələrək iki gümüş medal əldə edib.
Beləliklə, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət qol güləşi üzrə milli komandası 10 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 12 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ