SON DƏQİQƏ

Şəhid Şiralı Səlimov xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır.

Tarix:12-05-2022, 00:31

Şuşa Fatehi şəhid Səlimov Şiralı Vüqar oğlu 01 yanvar 2000- ci ildə Kürdəmir rayon Sor-Sor kəndində anadan olub. 2006- cı il sentyabr ayın 15 -də  Kürdəmir rayon Elşən Ağayev adına Sor-Sor kənd tam orta məktəbin 1- ci sinfinə daxil olur. VIII (səkkizinci) sinfə qədər bu məktəbdə təhsilini davam etdirir. 2014-cü ildə ailəsi Bakı şəhərinə köçür. Elə həmin ilin sentyabr ayından etibarən təhsilini Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük zavodunda yerləşən Rəşid Baxışov adına 218 №-li tam orta məktəbində davam etdirmişdir. 2015-ci ildə həmin məktəbin IX (doqquzuncu) sinfini bitirmişdir. Ümumi orta təhsilli idi.05 yanvar 2018- ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, xidmətini əvvəlcə Ağcəbədi rayonunda, daha sonra Beyləqan rayonunda davam etdirmişdir. Xidməti zamanı tabeliyində olduğu komandirlərin köməyi ilə bir çox hərbi sirlərə yiyələnmiş, onların əmr və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Ona görə də xidməti  müddəti ərzində 2(iki) dəfə “Təşəkkürnamə” ilə mükafatlandırılmışdır. 01 iyul 2019-cu ildə peşəkar hərbiçi kimi ordudan təxris olunaraq ehtiyata buraxılmışdır.
Xidməti başa vurduqdan sonra mülki həyatda əmək fəaliyyətinə başlamışdır. 2019-cu ilin sentyabr ayından Sinerji Pro Şirkətində Elektrik vəzifəsində çalışmışdır. 
 21 sentyabr 2020- ci ildə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsindən səfərbərliyə çağrılır.Əvvəlcə Ağcəbədi rayonuna yollanır. 27 sentyabr 2020-ci ildə “Vətən müharibəsi” başlananda döyüşlərin ən qaynar nöqtələrində iştirak edir. Cəbrayıl və Füzuli rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərin düşməndən azad edilməsində fəal iştirak edir. Onun son döyüşü Şuşa şəhəri uğrunda olur. Belə ki, 9 noyabrda Şuşa şəhərinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.    

Səlimov Şiralı Vüqar oğlu 11 noyabr 2020-ci ildə Kürdəmir rayonun Sor-Sor kənd qəbristanlığında dəfn olunub.
Ölümündən sonra Ali Baş Komandanın sərəncamı ilə
"Vətən uğrunda" medalı
"Cəsur döyüşçü" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Allah Rəhmət Eləsin!

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ