SON DƏQİQƏ

Vətən müharibəsi qazisi ilə görüş keçirilib

Tarix:13-05-2022, 10:59

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Abşeron rayon MKS-in 5 nömrəli Mehdiabad Qəsəbə Kitabxana filialında Aprel döyüşləri iştirakçısı və Vətən müharibəsi qazisi Rza Rəcəbli ilə görüş keçirilib. 
“XeberTıme.az” Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, görüşdə Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin müəllim, şagird kollektivi və kitabxana oxucularının iştirak edib. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın müdiri, şair Aytən Təhmasib qazi və tədbir iştirakçılarını salamlayaraq, bu qələbənin yüksək sərkərdəlik qabiliyyəti və xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını və ordumuzun göstərdiyi şücaətlərin tarixə yazıldığını söyləyib və sözü qazi Rza Rəcəbliylə verib.
44 günlük Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər alan Qarabağ qazisi Rza Rəcəbli keçdiyi döyüş yolundan, özünün və yoldaşlarının göstərdikləri igidliklərdən danışaraq, qələbənin xalqımızın həmrəyliyi sayəsində qazanıldığını vurğulayıb. Daha sonra ölkə başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhid dostlarını hörmətlə xatırlayan qazimiz tədbir boyunca məktəblilərin və digər iştirakçıların suallarını dolğun şəkildə cavablandırıb.
Qeyd edək ki, R.Rəcəbli Vətən müharibəsinin Füzuli rayonu uğrunda gedən döyüşlərində iştirak edib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ