SON DƏQİQƏ

“Şuşa ili-zəfərimizin təntənəsi” adlı maarifləndirici saat keçirilib.

Tarix:13-05-2022, 11:12

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi Kitabxana və 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa ili-zəfərimizin təntənəsi” adlı maarifləndirici saat keçirilib. 

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
5 nömrəli məktəbin kitabxanaçısı Şirin Abdullayeva vurğulayıb ki, 2022-ci iliin Azərbaycanda "Şuşa İli” elan olunması bütün dünyaya verilən mesajdır, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsidir.
Kitabxananın abonement bölməsinin müdiri Zemfira Mirzəyeva Şuşa şəhərinin tarixinə həsr edilən bir neçə kitab haqqında məlumat verib. Eləcə də multimedia mütəxəssisi Xəyalə Seyidnurova Şuşanın azadlığı uğrunda şəhid olan qəhrəmanların həyat və döyüş yolundan bəhs edib. 
Məktəbin direktoru, təlim-tərbiyə üzrə direktor müavini, tarix müəllimi çıxışlarında Şuşa şəhərinin tarixindən bəhs etməklə bir neçə faktı iştirakçıların diqqətinə çatdırıblar. 
Təbdirdə 7b sinif şagirdlərinin ifasında Qarabağa həsr edilən kompozisiya dinlənildi, 4b sinif şagirdlərinin təqdimatında isə rəqs nümayiş etdirilib. 
Sonda Şuşanın tarixinə, azad olunmasına həsr edilən videoçarx izlənilib.
 
“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ