SON DƏQİQƏ

Şəhid Elmaz Hacıyevin mövludu günündə- FOTO

Tarix:13-05-2022, 22:20

Qəhrəmanlar heç zaman unudulmurlar!  9 may 2022 - ci ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən " Arzu " şadlıq sarayında 44 günlük vətən müharibəsində canını fəda etmiş igid döyüşçümuz, şəhid Elmaz Hacıyevin mövludu  ilə əlaqədar tədbir keçirilmişdir.
Şəhid ailələrinin, Qarabağ müharibəsi  veteranlarının, qazilərımızə , QHT rəhbərlərinin, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri jurnalist,  bir çox tədbirlərin aparıcısı  Ramilə Bunyatova açaraq iştirakçıları salamladı və dövlət himnimiz səsləndirildi. Sonra şəhid Elmaz Hacıyevin və cəmi Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ramilə  Bunyatova  şəhid Elmaz Hacıyevin qısa, lakin şərəfli döyüş yolundan danışaraq demişdir ;
- Elmaz Hacıyev 1994 - cu ilin may ayının 9 - da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olmuşdur. Ailəli idi. İki övlad atası idi.
Elmaz Hacıyev 2020 -ci ilin sentyabrın 27 də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində igidliklər göstərib. Döyüş dostları arasında "Qəhrəman" ləqəbli ilə çağırılan Elmaz Hacıyev neçə - neçə yaralı dostlarını çiynində daşıyaraq təhlükəsiz yerlərə gətirib. Onların həyatını xilas edib. Ancaq özü isə neytral zonada həlak olub. 
Nəşi isə 28 gün sonra ailəsinə təhvil verilib və yaşadığı Binə qəsəbəsində torpağa tapşırılıb.

Elmaz Hacıyev bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib. 2020 - ci ilin noyabr ayının 4 də Laçın uğrunda döyüşlərdə şəhid olub.
Anası Səxavət xanım oğlunun şəhid olan gününü yuxuda görüb.- "Ana, övladlarım sənə əmanətdir"- deyən Elmaz şəhid olacağını əvvəldən bilirdi. "Ana bərk üşüyürəm" sözlərinə yuxudan dik atılan anaya oğlunun şəhid olması da agah olmuşdur.
Həqiqətən də şəhidlər cənnətə yuksəlirlər.
Elmaz Laçın kəndlərini azad edərkən ömür- gün yoldaşına zəng edərək demişdir:"  Anan gildəyəm. Laçınlı qızı aldığıma görə gəlib bura çıxmışam.
Çox sevinirdi. Mənim yanımda olmaqdan çox vətəni sevirdi."
Azərbaycanin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarina əsasən " Vətən uğrunda ", Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Arzu xanım kövrək səslə  onu da bildirmişdir ki, şəhid anaları , sizə qara yaylıq yaraşmır. Sizin övladlarınız diridir. Başınızı hər zaman uca tutun. 
Sonra Quran ayəsi oxundu və Elmaz şəhidimizin ruhunun şad olmasına xatir Peyğəmbərimizin  (s.ə.s) gil camalına salavat xətm olundu.
Tədbirdə şəhid  Bəhruz Əliyevin atası Elman Əliyev, 8 gün Xocalıda əsirlikdə işgəncələrə məruz qalmış Dürdanə xanım, dini nəğmələr ifaçıları Hacı Rəşad, Cosgun Cəfəri, Nahid Cəfərov, müğənnilərdən Şəbnəm Turan, Əminə Duygun, Nizami rayonu sabiq könüllülər taborunun komandiri Güləli Fərziyev, QHT rəhbəri Ülviyyə Əsədova və başqaları vətənpərvər mövzuda çıxış etdilər.
Biz də jurnalist olaraq tədbiri isiqlandirmaqla cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir və tədbirin təşkilatçılarına, xüsusilə Elmazın anasına, qardaşlarına və 8 nəfər şəhidin mərasimini təmənnasız, keçirirmiş
 " Arzu " şadlıq sarayının müdiri Kərbəlayı qardaşımıza təşəkkür edirəm.
İnanırıq ki, Laçının azad edilmiş ərazilərində şəhid Elmaz Hacıyevin adı da əbədiləşdiriləcəkdir. İllər keçəcək. Lakin Elmaz Hacıyev kimi vətən uğrunda canından keçən hər bir şəhidimizin  adı dastan olaraq dildən- dilə dolaşaraq gələcək nəsillər üçün örnək olacaqdır.

Rauf İlyasoglu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ