SON DƏQİQƏ

Rəvan Ədilov Böyük Qələbənin əsgəridir!

Tarix:20-12-2020, 19:19

Əslən Ağdam rayonu Şelli kənd sakini cəsur, qorxmaz hərbiçilərimizdən biri Rəvan Ədilov Vətən müharibəsində döyüşən qəhrəmanlarımızdan biridir.                                                                               Vətən müharibəsi qəhrəmanımızı tanıyaq.

Rəvan Əlvan oğlu Ədilov 1997-ci ildə 10 mayda Mingəcevir şəhərində  sadə zəhmətkeş azərbaycanlı ailəsində dünyaya gəlib. Sonradan ailə Ağdam rayonunun Üçoğlan kəndində köcür. Atası  Əlvan Ədilov I Qarabağ döyüşlərinin iştirakçısıdır. Rəvan  ilk tam orta təhsilini Ağdam rayon Ücoglan Səfərlisi kənd məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə çağrılıb və hərbi sahəsinə olan həvəsi onu hərbiçi etmək arzusuna gətirib çıxarır. O  N saylı hərbi hissədə  MAXE hərbi qulluqçu baş çavuş kimi  xidmətini davam etdirir. İgid döyüşçü Rəvan Ədilov 44 günlük Vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində qəhrəmancasına döyüşərək düşmənin müxtəlif texnikasını və canlı qüvvəsini məhv edib. 7 rayonun azad olunmasında Rəvan Ədilovun  böyük əməyi var. Azərbaycanın tarixi qələbəsində Rəvanın atası Əlvan Ədilovunda payı var. Beləki  o dəfələrlə arxa cəbhədə 44 günlük müharibədə özünün və dostlarının maddi köməkliyi ilə ön cəbhədə döyüşən əsgərlərə ərzaq isti geyim, siqaret və.s köməkliklər edib.              Azərbaycanın Ali Baş Komandanın əzmkarlığı, yenilməz Müzəffər Ordunun əsgərləri cəsur və xalqımızın isə qürurlu, cəsarətli olmağı bütün dünyaya birliyimizi göstərdi.

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ