SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi

Tarix:20-05-2022, 23:39

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
21.05.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-188-ci maddələrini əhatə edən “Əmlakın qəsdən məhv edilməsi, Əmlakın etiyasızlıqdan məhv etmə, Torpaq üzərində mülkiyyət hüququnun pozulması”, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114, 116- cı maddələrini əhatə edən “Valdeyn himayəsindən məhrum olunmuş uşaqların aşkar olunması və yerləşdirilməsi”  mövzuları ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr  aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                           
 
1. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil                                                                            
 

2. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil.
 
 

3. Jalə Abışova- Hüquq müdafiəçisi. 
  
 

4. Əli Zamanov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil                                                                          

Verlişin informasiya dəstəyi  “XeberTıme.az”  və  “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
 “XeberTıme.az"


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ