SON DƏQİQƏ

“Naxçıvan Travel”in təşkilatçılığı ilə Almaniyalı botanik və quş gözləmçiləri Naxçıvanda

Tarix:21-05-2022, 00:13

Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşən Naxçıvan düzənlik (Araz boyu düzənlik) və dağlıq (Zəngəzur və Dərələyəz silsilələri) hissədən ibarətdir. Unikal təbiəti ilə seçilən Naxçıvan hər fəsildə gözəldir. Naxçıvan Muxtar Respublikası ərazisində yarım səhra və quru çöl iqlimi, eləcədə yayı quraq keçən soyuq iqlim hökm sürür. Bu regionun özünə məxsusluğu ondadır ki, burada mövcud olan ornitofauna Azərbaycanın digər regionlarından nəzərə çarpacaq dərəcədə fərqlənir və Türkiyənin şərqi və İranın şimal-qərbi ilə oxşarlıq təşkil edir. Mayın sonu, iyunun əvvəli Naxçıvana səyahət edənlər digər quşlardan başqa, yalnız bu regiona xas 10-12 nadir quş növü – aladöş çərənçi, monqol hörücüsü, səhra qarquşu, bozboyun və ləmir quşu, səhrazəvzəyi, ağ boğaz bülbül və səhra kəkliyinidə görə bilərlər. 
“Naxcıvan Travel” Turizm şirkətinin rəhbəri Natiq Paşayevin təşkilatçılığı ilə Almaniyadan bir qrup botaniklər və quşgözləmlçiləri 3gün müddətində mövcud olan quş müşahidəsi nöqtələrinə gedib oradan quşları izləyiblər. Naxçıvanın təbiətinə heyranlığını gizlədə bilməyən müşahidəçilər səhər saat 6:00-dan quşları müşahidə etməyə başlayıblar.

Ulduz Eyvaz                                                                       
NMR-nın muxbiri


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ