19.05.2022-ci il tarixində 44 günlük Vətən müharibəsinin 23 yaşlı fatehi kəşfiyyatçı leytenantı Vüsal Muradovun doğum günü tədbiri kecirilib.
Tədbir əvvəlcə Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Vüsal Muradovun məzarı ziyarət olundu. Ailənin yaxınları, şəhidin döyüşdüyü hərbi hissənin gizir və zabitləri, Baş Kəşfiyyat idarəsinin bir sıra zabit heyyəti tərəfindən və şəhid analrının adından şəhidin məzarına gül əkililəri, tər çiçəklər qoyuldu. Vüsalı tanıyanlar, yaxınları, əsgərləri və döyüş yoldaşları onun haqqında xoş xatirələrdən söhbət açdılar, Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Döyüş yoldaşları onun keçdiyi şərəfli və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. Şəhid Vüsal Muradovun adını daşıyan bir sıra siniflərin şagirdləri şeirlər söylədilər. Şəhidin adına quran oxundu. Mərasim Sumqayıt şəhər Poeziya Evində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Şəhidin həyatını, məktəb və tələbəlik illərini, döyüş yolunu əks etdirən video çarx nümayiş olundu. Sonra tədbirdə iştirak edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova, baş kəşfiyyat idarəsinin bir sıra əməkdaşları, “Qafqaz Media” İB-nin sədri həkim-jurnalist, prezident təqaütçüsü Hacı Azadə Taleh Abbasqızı, “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova, AJB-nin üzvü Yeganə Telmanqızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abseron -Xızı regional filialinin müdiri Zaur Şahbalayev, Sumqayıt şəhər Təhsil Şöbəsinin bir sıra əməkdaşları, şairə Esmira Günəş, şəhidlik zirvəsinin ucalığından, qəlibiyyət tariximizi yazan fatehlərin hünər zirvəsindən, hər bir şəhid Azərbaycan vətəndaşının qürur mənbəyi, və şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaqdan danışıldı. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr arzuladılar. Tədbirdə Sumqayıt şəhər H.Ərəblinski adına dram teatırının aktyorları şəhidin yaşadığı 21 illik həyat tarixcəsini əks etdirən bir-birindən maraqlı səhnələrlə çıxış etdilər. Bir sıra incəsənət nümayəndələri şəhid Vüsal Muradovun əziz xatirəsinə həsr olunmuş mahnılar oxundu, seirlər səsləndirildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Ənənəmizə sadiq qalaraq “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova tərəfindən şəhidin anası Kəmalə Muradovaya şəhidin şəxsi ev muzeyinə şəhidin portretini əks etdirən böyük bir şəkil lövhəsi təqdim olundu.
Sonda xatirə şəkillər çəkildi.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“XeberTıme.az”