SON DƏQİQƏ

“Şəhidlik zirvəsinin 23 yaşlı fatehi” adlı ədəbi-bədii gecə keçirilib

Tarix:22-05-2022, 20:57

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət Evi Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Vüsal Cəsarət oğlu Muradovun doğum günü ilə əlaqədar  Poeziya Evində “Şəhidlik zirvəsinin 23 yaşlı fatehi” adlı ədəbi-bədii gecə keçirib.
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki,  öncə Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhidin həyatı və döyüş yolu haqqında geniş məlumat verib/ Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Elvin Dadaşov, polkovnik Fikrət Quliyev, ”Qafqaz Media” İctimai Birliyinin sədri Azadə xanım, “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Yeganə xanım, şairə Esmira Günəş, şəhid Vüsal Muradovun anası Kəmalə xanım çıxış ediblər. “Turan” Ədəbi Məclisinin sədri şairə-jurnalist Rəfiqə Şəmsin müəllifi olduğu və Şəhid Vüsal Cəsarət oğlu Muradovun həyat və döyüş yolundan bəhs edən ”Zirvədə bitən ömür” kitabından kompozisiya nümayiş olunub. 
Tədbirdə şəhidə həsr olunan şeirlər səsləndirilib, müğənnilərdən Əvəz Səlimov, Zaur Yusifli, Əli Əzizoğlunun ifasında vətənpərvər ruhlu musiqilər ifa olunub. Daha sonra “Sumqayıt” rəqs qrupu isə “Xarıbülbül” rəqsi ilə çıxış edib.
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ