SON DƏQİQƏ

“Biz qayıtdıq, Şuşa” adlı tədbir keçirilib - FOTO

Tarix:24-05-2022, 18:01

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində Şuşa ilinə həsr olunan “Biz qayıtdıq, Şuşa” adlı tədbir keçirilib. 
“XeberTıme.az”  Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, qonaqlar məktəbin foyesində şagirdlərin maraqlı musiqi muşayəti ilə rəssamlıq şöbəsinin "Şuşa İli"nə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. 
Daha sonra torpaqlarımız uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları Qarabağın göz bəbəyi olan Şuşa şəhərinin tarixi haqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir məktəbin xalq çalğı alətləri orkestrinin ifası ilə açıq elan edilib.
Tədbirdə "Heyratı" zərb muğamı, Ü.Hacıbəyovun "Arazbarı", İ.Yusifqızının ifasında "Sən mənimsən Qarabağ", Əkbər Əkbərovun ifasında "Qarabağ Şikəstəsi", Ü.Hacıbəyov "Sevgili Canan", "Vətənimdir", "Nə gözəldir Azərbaycan", Fleytada "Laçın" xalq mahnısı ifa olunub. Daha sonra "Ümid" rəqs ansamblının ifasında "Yallı" rəqsi nümayiş olunub.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov və Şuşamızın yolunda canından keçən qəhrəman şəhidlərimizin övladları iştirak ediblər.
İlham müəllim çıxış edərək, Şuşa şəhərinin xalqımız üçün müqəddəs və əziz məkan olduğunu vurğulayıb. Daha sonra Şuşada keçirilən V Xarıbülbül Festivalından söhbət açaraq, çox böyük qürur və sevinc hissi ilə iştirak etdiyini söyləyib.
Sonda müəllim xorunun ifasında "Gözəl Şuşa", "Şəfəq" uşaq xorunun ifasında, "Zəfər sədası" səsləndirilib.

“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ