SON DƏQİQƏ

Sumqayıt Dövlət Rəsm Qalereyasının kollektivi tərəfindən şəhid ailəsi ziyarət edilib

Tarix:24-05-2022, 22:03

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları şəhid, kiçik çavuş Samir Əli-Səttar oğlu Nadirovun ailəsini ziyarət ediblər. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, görüş zamanı şəhidin anası oğlu haqqında xatirələrini bölüşüb və onun keçdiyi həyat yolundan danışıb. Daha sonra şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
44 günlük Vətən Müharibəsi zamanı oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın 2 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

“XeberTıme.az”  

                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ