SON DƏQİQƏ

Azərbaycanda Müstəqillik Günüdür

Tarix:28-05-2022, 02:03

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.

1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.
Tarixdə elə əlamətdar günlər var ki, bir millətin varlığını, böyüklüyünü, mübarizliyini sübut edir və onu bütün dünyaya tanıdır. Bizim də tariximizdə belə günlər var. Onlardan biri də 28 may 1918-ci il milli istiqlal bayramımızın bəyan edilən günüdür. O, gün ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk respublika oldu. 
Nəhayət 71 il sonra-1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək xalq cümhuriyyətinin idealarını davam etdirib, yeni müstəqil Azərbaycan Respublikası yaradılıb. Bu gün 
də Azərbaycan müstəqildir. Xalq öz ən böyük milli mənəvi, ideoloji-siyasi sərvətinə-istiqlalına qovuşmuşdur. Bu istiqlalını ona bir daha anladan “28 may Azərbaycan tarixinin qaranlıq könüllərə istiqlal nurunu səpən, təmiz vicdanlara qurtuluş imanını təlqin edən ən fəyyaz səhifələrindən biridir”.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu günü hər bir Azərbaycan vətəndaşı milli qürur və fəxarət hissi ilə qeyd edir.

Əziz həmvətənlər, Respulika gününüz mübarək! 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ