SON DƏQİQƏ

"Qanun və İcra” verlişi aparıcı Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:28-05-2022, 23:37

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
28.05.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 177-ci və 178- maddələrini əhatə edən “Oğurluq cinayətləri”, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114, 116, 117, 118- ci maddələrini əhatə edən “Övladlığa götürülmə”  mövzuları ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı,  sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:

                                                          
 
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.  



  
2. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.



3. Dilarə Əlisoy - Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi (gənc hüquqşünas)



4. Ramazan Əsgərxanov - Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi (gənc hüquqşünas)



Verlişin informasiya dəstəyi  “XeberTıme.az”  və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  


Yeganə Telmanqızı 
“XeberTıme.az"





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ