SON DƏQİQƏ

Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində Müstəqillik Gününə həsr olunan hesabat konserti keçirilib

Tarix:29-05-2022, 00:06

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbi 28 May mədəniyyət evində “Şuşa ili” çərçivəsində Müstəqillik Gününə həsr olunan “Şuşalı yurdum” adlı hesabat konserti keçirib. Konsertdə məktəbin şagirdlərindən ibarət xor kollektivi və uşaq ansamblı maraqlı və rəngarəng musiqilərlə çıxış ediblər. Şagirdlər həmçinin fortepiano, kamança, klarnet və qarmonda sola ifalar təqdim ediblər. Müəllimlərdən ibarət ansamblın ifa etdiyi musiqi nömrələri də iştirakçılar tərəfindən maraqla dinlənilib. 
Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rəis müavini İlham Əhmədov iştirak edib.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, hesabat konsertinin əhəmiyyətindən bəhs edib və hər bir şagirdin səhnə mədəniyyətinin formalaşmasında  böyük rolu olduğunu vurğulayıb.



“XeberTıme.az”  

                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ