SON DƏQİQƏ

Gömrük polkovniki mükafata layiq görüldü- FOTO

Tarix:29-05-2022, 22:39

Fəxr etdiyim dəyərli əmoğlum, gömrük polkovniki Bərzani Həsənov 44 günlük Qarabağ savaşında göstərdiyi xidmətlərdən dolayı Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyi tərəfindən " Vətənpərvərlik işində xidmətlərinə görə '' medalı ilə təltif edilmişdir. Bərzani müəllimin 44 günlük Qarabağ zəfərində müstəsna əməyi var. İstər ordumuzun ərzaq təminatı, istər elektrik avadanlıqları, səyyar hamamlar, səhra mətbəxləri ilə təminatında ətrafında olan iş adamlarından ibarət təşkil etdiyi qrupla gecə gündüz demədən , yorulmadan qəhrəman əsgərlərimizə kömək etmişdir. Müharibədən sonra himayəsinə götürdüyü şəhid övladlarını daima diqqətdə saxlayan Bərzani müəllim onların maddi və mənəvi problemlərini həll  edərək bu işi özünün mənəvi borcu bilir. Tək özü deyil, eyni zamanda həyat yoldaşı da, hətta kiçik yaşlı oğlu Yusif də şəhid ailələri ilə maraqlanır və daima onlara diqqət göstərirlər. Uğurlarınız bol olsun əmoğlu. Siz hər şeyin ən yaxşısına layiqsiniz .
Fesih Alioğlu                                                                  
Türkiyə təmsilçisi 

                                                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ