31.05.2022-ci il tarixində “İsmi Nur” uşaq baxçasında şəhid və qazi övladları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi
Əvvəlcə Azərbaycanının Dövlət himni səsləndirildi, adlarını tarixdə qürurla yaşatdığımız əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ön sözlə çıxış edən baxcanın müdirəsi Nurlana Mütəllimova şəhid ailə üzvülərini, qonaqları, fidan balalarımızı salamladı, tədbirdə şəhid və qazi övladlarının, eləcədə onların ailə üzvülərinin iştirakına məmnun olduğunu bildirdi. Sonra söz AJB-nin üzvü Yeganə Telmanqızına verildi. “Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.”
Baxçanın uşaqlarının ingilis dilində diloqlu səhnələri, pandanın maraqlı oyunları, şar əyləncəsi, alov sousu, köpük sousu göstərilidi, rəngarəng rəqslərlə uşaqlar doyunca əyləndilər və sevindilər. Bu gün Vətən müharibəsi şəhidi Samir Nadirovun bizə əmanət olan Emil balasının ad gününə təsadüf etdiyi üçün uşaqlarla birgə tort kəsildi, Emil Nadirov təbrik olundu.
Sonda tədbir iştirakçıları olan uşaqlara “İsmi Nur” uşaq baxçasının müdirəsi Nurlana xanım tərəfindən hədiyyələr təqdim olundu.
Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq “İsmi Nur” uşaq baxçasının müdirəsi Nurlana xanım başda olmaqla bütün işçi heyyətinə bu nəcib və şərəfli işdə bol-bol uğurlar arzulayırıq.
Yeganə Telmanqızı
“XeberTıme.az”

































