SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyəti valdeynlərini itirmiş uşaqları sevindirdi- FOTOLAR

Tarix:1-06-2022, 12:49

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya xanım valdeynlərini itirmiş uşaqlara  tədbir keçirtdi.                                                                                            Əvvəlcə uşaqlar onlar üçün ayrılmış yemək masasınada əyləşərək onlar üçün hazırlanan müxtəlif yeməkləri yedilər, şirələr içdilər. Şən kloun uşaqları doyunca əyləndirdi, rənga-rəng rəqslər etdilər, müxtəlif oyunlar oynadılar, sevindilər.                                                                    
Sonda tort kəsildi.  

“Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova tədbir haqqında təsüratlarını bizimlə bölüşdü:                                                                 

- Qərara gəldik ki, bu bayramda valideynlərini itirmiş uşaqları sevindirək. Biz “Ümid” Xeyriyyə Cəmiyyəti olaraq daima aztəminatlı ailələrin övladlarını, valdeynlərini itirmiş uşaqları diqqətdə saxlayırıq. Valdeyn qayğısı görməyən uşaqların sevinməsi, üzlərindəki gülüş  bizə mənəvi rahatlıq verir.  Bu günki tədbirin təşkilatçılığında bizə yaxından köməklik göstərən cəmiyyətimizin üzvüləri Namidar Məmmədova, Mirazad Xurşudova, gənc müəllimə Aynurə Abdullayevaya, Jurnalist Yeganə Telmanqızına öz təşəkkürümü bildirirəm.                                                                                                          

Uşaqlar gülərsə dünya gülər!
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ