SON DƏQİQƏ

Şəhid Fuad Yusifovun ailəsi ziyarət olundu - FOTOLAR

Tarix:2-06-2022, 01:35

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, Vətən varsa şəhiddə var.                                       Vətən müharibəsi şəhidi gizir şəhid Elmar Nəsibovun anası Sürəyya müəllimə, kəşfiyyatçı leytenant şəhid Vüsal Muradovun anası Kəmalə xanım, Birinci Qarabağ müharibəsinin şəhidi Əvəz Şirinov bacısı Elyanə xanım və gənc müəllimə Aynurə Abdullayeva ilə birgə Sumqayıt şəhərində yaşayan şəhid Fuad Yusifovun ailəsi ziyarət olundu. 

Şəhidimizi tanıyaq:                                                      


Yusifov Fuad Vladimir oğlu 1979-cı il aprelin 16-da  Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə orta təhsil alır, təhsilini başa vurduqdan sonra 1998-ci il aprel ayının 4-də müddətli həqiqi hərbi xidmətə yollanıb. Onun hərbi xidməti düşmənlə üzbəüz təmas xəttində, Füzuli rayonunda keçib. 1998 ci il sentyabrın 8- də erməni hərbiçiləri  atəşgahı   pozaraq döyüş mövqelərimizi atəşə tuturlar. Əsgər Yusifov səngərdə qarşı tərəflə döyüş zamanı 20 yaşında şəhidlik zirvəsinə ucalır. Nəşi iki gün səngərdə qalır. Sentyabrın 10-da böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında minlərlə şəhər ictimayyətinin və rəsmi nümayəndələrin müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır.   

Qəhrəman oğul böyüdən məğrur Sevil anaya oğlu Fuad haqqında danışmaq çətin olsa bizimlə həmsöhbət oldu:                                                 

- Fuad bütün Azərbaycanın qəhrəmanıdır, Vətəninin övladıdır! Bizim övladlarımız  sadə, zəhmətkeş ailədə böyüdü. Ailəmizdə böyüyən 4 uşaq yalnız vətənpərvər ruhda, vətəni sevərək böyüdülər.  Fuad ailənin ikinci övladı idi. Balamın arzuları çox idi, o bütün arzularını şəhidliyi ilə əvəz etdi. Vətən sağ olsun! Fuadın yaşadığı 20 illik həyat yolunun xatirələri bitib tükənmir. O, insanların qəlbində daim haqq yolu tutan, mülayim və xoşrəftar bir gənc kimi iz qoyub. İndi ailədə Fuadın adını daşıyan qardaşının oğlu böyüyür, idmançıdır.  Əmisinin adına karate idman növü üzrə turnirdə iddayası olan birinci yeri qazandı. Şəhidlər öəlmürlər, onlar əbədiyaşardılar! Dövlətimizdən,  prezidentimizdən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanımdan  çox razıyıq. Daima şəhid ailələrini diqqətdə saxlayır və qayğısını bizdən əsirgəmir. Bu gün qonağı olduğunuz bu ev prezidentimiz cənab İlham Əliyev tərəfindən bizə bağışladı.                                                                                                                         
Ailənin qonağı olan Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev, ailənin qonaqları Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın  keçdikləri şərəfli döyüş yolundan, şəhidlik zirvəsinin ucalığından eləcədə  birinci Qarabağ müharibəsinin döyüşçüləri qalibiyyətə yol açmasından söhbət açdılar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!  
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının direktoru Yeganə Telmanqızı  tərəfindən şəhidin anası Sevil Yusifovaya “Məğrur Ana” təltifi təqdim olundu.                                              
Şəhidlərin ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. 20 yaşlı şəhidimiz və onun timsalında şəhid olan qəhrəmanlarımız böyüməkdə olan nəslə və gənc nəslə nümunədir. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“XeberTıme.az”
 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ