SON DƏQİQƏ

"Uğurlu Sabaha Bugünkü Uşaqlarla" adlı sərgi-tədbir keçirildi - FOTO

Tarix:2-06-2022, 10:42

Layihə rəhbəri və  təşkilatçısı Elnurə və  Aygün İsgəndərovaların  olduğu 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uğurlu Sabaha Bugünkü Uşaqlarla" adlı sərgi - tədbir baş tutmuşdur. Sərgidə müxtəlif yaş qruplarında 100 rəssam 100 əsəri ilə iştirak edirdi. Öncə sərginin iştirakçıları Qarabağ müharibəsi zamanı şəhid olan uşaqları bir dəqiqəlik sükutla yad etdilər.                                
Sərgini giriş sözü ilə açan Elnurə İsgəndərova Beynəlxalq Uşaqlar Günü münasibətilə bütün uşaqları təbrik edib, can sağlığı və uğurlu gələcək arzuladı. Sərgidə iştirak edən Azərbaycanın xalq rəssamı, professor Arif Hüseynov uşaqların  yaxşı oxumalarını, sənətlə məşğul olub, savadlı olmalarını tövsiyə etdi . Sabahın uğurlu gəncliyi bu gündən yetişir deyə uşaqlara xoş arzularını bildirdi.  
Çıxış edənlərdən Yasamal Rayon Heydər Əliyev Mərkəzinin Fond müdiri Nigar Hüseynova, Respublika Gimnaziyasının müəlliməsi Minə Məmmədova, "GALERA" Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli  təşkilatçılara təşəkkür edərək, gözəl təşəbbüs olaraq  uşaqların sosial həyatda fəal olmalarında belə sərgilərin mühüm yer tutduğunu bildirdi.  Uşaqlara nümunə olaraq dəvət olunan Vətən Müharibəsi qazisi ,  Səs   TV- nin operatoru Çingiz Abdullayev uşaqlara xoş arzularını bildirdi və həyatda həmişə yaxşı əhval-ruhiyyədə olub , hər zaman vətəni sevərək xidmət etmək gərəkdiyini bildirdi. Qazimiz qardaş Türkiyənin "İyilik Üretenler" Dərnəyi tərəfindən "Kahraman Gazi" Onur Belgesi ilə təltif olundu. Sonda sərgi iştirakçıları diplomla təltif olundular.
 
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ